Bakıda yayın son konserti keçirilib
Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı "Meşə", Nizami rayonundakı Heydər Əliyev, Xətai rayonundakı "Nizami Gəncəvi" və Səbail rayonundakı Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən "Far.Az"a verilən məlumata görə, konsertlər Bakı şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edilib ki, həftəsonu artıq dördüncü dəfədir ki, paytaxtın bu beş istirahət məkanında növbəti dəfə kütləvi konsert proqramları təşkil edilib.
Konsert proqramlarının keçirildiyi park və istirahət bağları paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarındandır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb.
Peşəkar və gənc ifaçılar, müxtəlif musiqi qruplarının iştirak etdiyi axşam konsertlərində xalq, milli və xarici estrada və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib, Mərkəzi Nəbatat bağında təcrübəli pedaqoqlar uşaqlara ustad dərsləri keçiblər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib













