Rafinya İspaniya çempionatında Lionel Messinin göstəricisini təkrarlayıb
İspaniya La Liqasının ilk 3 turunda 5 qol vuran "Barselona"nın braziliyalı hücumçusu Rafinya Lionel Messinin göstəricisini təkrarlayıb.
"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, forvard "Elçe" və "Rayo Valyekano" ilə matçlarda dubl edib, "Atletik"lə görüşdə isə bir dəfə fərqlənib.
Braziliyalı hücumçu klubun tarixində son 6 ildə buna nail olan ilk futbolçudur. O, hazırda 5 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir. "Barselona" mövsümün startında keçirdiyi matçlarda 12 qol vurub ki, bunlardan 5-i məhz hücumçunun payına düşüb.
Qeyd edək ki, "Barselona"da sonuncu dəfə 2020/2021 mövsümündə Lionel Messi çempionatın ilk 3 matçında fərqlənməyi bacarmışdı. Həmçinin Sesk Fabreqas (2011/2012), Zlatan İbrahimoviç (2009/2010) və Samuel Eto (2006/2007) da analoji göstəriciyə imza atıblar.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Qeyri-etik davranışlar sərgiləyən Samuel Eto 4 oyunluq diskvalifikasiya edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə çaqqal qadına hücum etdi
-
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
-
Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb
-
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur













