Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur
ABŞ-nin Braun Universitetinin alimləri belə qənaətə gəliblər ki, solyaridən (dərinin süni yolla qaralması - red) istifadə dəri xərçənginin ən ölümcül növü olan melanoma xəstəliyinə daha tez-tez tutulmaya gətirib çıxarır.
“Report” xəbər verir ki, bununla bağlı tədqiqat “Journal of Investigative Dermatology” elmi nəşrində dərc edilib.
Mütəxəssislər, melanoma xəstəliyinə tutulma halları ilə ABŞ-nin şimal-şərqindəki Yeni İngiltərə regionunda bölgə səviyyəsində solyaridən istifadə əlaqəsini qiymətləndiriblər. Tədqiqat, melanomaya tutulma halları ilə solyari arasında əhəmiyyətli əlaqəni aşkarlayıb.
Alimlər altı yüksək riskli qrup, yeddi aşağı riskli qrup və melanomaya tutulmalarda artım aşkarlayıblar. Nəticələr göstərib ki, Yeni İngiltərə dairəsinin sakinləri süni qaralma studiyasına nə qədər az getsələr, dəri xərçəngi xəstəliyinin inkişaf riski o qədər aşağı olub.
Alimlərin fikrincə, onların kəşfi ictimai səhiyyə strategiyalarını tənzimləməyə və insanları süni qaralma studiyalarından gələn həyat təhlükəsi barədə xəbərdar etməyə yardımçı olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
DİQQƏT! Xərçəng xəstəliyinə tutulmamaq üçün bunları edin - FOTO - ARAŞDIRMA
Bağırsaq xərçəngi riskini artıran xəstəliklər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













