Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib
Far.Az xəbər saytı

Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib


Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib.

"Far.Az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, bununla ölkə üzrə 5 yaşlı uşaqların təxminən 93 faizinin məktəbəhazırlıq təhsili ilə əhatəsi üçün imkan yaradılıb:

"Bu, son illər qeydə alınan ən yüksək göstəricidir. Həmçinin icma əsaslı qruplarda yerlərin sayı 36 minə çatdırılıb. Daha çox uşağı məktəbəqədər təhsilə cəlb etmək üçün tətbiq edilən üçüncü model xüsusilə ayrıca bağça infrastrukturu olmayan və ya mövcud bağçanın tələbatı qarşılamadığı kənd və ucqar yaşayış məntəqələri üçündür. Burada məqsəd yeni böyük infrastruktur yaratmadan təhsili uşağın yaşadığı yerə yaxınlaşdırmaqdır".

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər