Azərbaycanın Zəfər Günü münasibətilə Meksikada yürüş keçirilib
Noyabrın 9-da Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin dördüncü ildönümü, həmçinin Bayraq Günü münasibətilə paytaxt Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində ölkədəki qeyri-hökumət təşkilatları fəallarının iştirakı ilə yürüş keçirilib.
Bu barədə "Far.Az"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Yürüş iştirakçıları şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Zəfər Günün mübarək olsun Azərbaycan” pankartları açaraq təbrik şüarları səsləndiriblər.
Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüşə rəhbərlik edən “Gənc Diplomatlar Assosiasiyasının” rəhbəri Maurisio Tofoya Azərbaycanın dörd il öncə 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Azərbaycanın ədalətin bərqərar edilməsi naminə mübarizəsinin hər zaman haqlı və humanist missiya olduğunu, ölkəmizin hazırda öz səylərini azad edilmiş ərazilərinin yenidən qurulması və 1 milyona yaxın soydaşının evlərinə qayıdışının təşkilinə, habelə regionda davamlı sülh və dialoq mühitinin yaradılmasına yönəltdiyini qeyd edib.
Sonda yürüş iştirakçıları adından Zəfər Günü münasibətilə Azərbaycan xalqına rəsmi təbrik ifadə edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













