Hikmət Hacıyev: Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar
"Euronews" telekanalı Dubayda keçirilən Ərəb Media Forumunun yekunlarına dair material hazırlayıb və həmin materialda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasındakı sülh prosesi barədə danışıb.
"Far.Az" xəbər verir ki, telekanal H.Hacıyevin Ermənistanla sülhə nail olmağın "çətin mübarizə" olduğu barədə sözlərini sitat gətirib.
Bununla yanaşı, o, Azərbaycanın öz ərazisində xristian irsinin qorunmasına sadiq olduğunu vurğulayaraq, bunun ölkə tarixinin bir hissəsi olduğunu qeyd edib.
"Rəsmi Bakı xəbərdarlıq edir: Ermənistandakı və erməni diasporundakı revanşist qüvvələr "əvvəlkitək güclüdür" və keçmiş rəqiblər arasındakı tarixi sülh prosesini pozmağa çalışırlar", - deyə məqalədə vurğulanıb.
"İndi biz müharibəni qazanmışıq, lakin biz sülh dövründə də qalib gəlirik, bu isə asan məsələ deyil. Qarabağın və Şərqi Zəngəzurun işğalının bütün illəri ərzində məscidlərimiz, islam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə məhv edilib - hətta məscidlərə donuzlar salınırdı", - "Euronews" H.Hacıyevin sözlərini sitat gətirib.
Telekanalın məlumatına görə, çıxışı zamanı H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycanın islam sivilizasiyasına mənsub olmasına baxmayaraq, ölkədə üç din - islam, xristianlıq və iudaizm mövcuddur, məscidlər, kilsələr və sinaqoqlar fəaliyyət göstərir.
"Azərbaycan öz suveren ərazisində xristian irsinin qorunmasına sadiqdir, çünki bu, bizim mədəni irsimizdir", - telekanal H.Hacıyevin sözlərini sitat gətirib.
Müzakirə zamanı H.Hacıyev həmçinin bildirib ki, sülhə nail olmaq üçün göstərilən səylərə baxmayaraq, Azərbaycan dezinformasiya kampaniyaları ilə üzləşməkdə davam edir.
O, Avropa Parlamentini dezinformasiya mənbələrindən biri adlandırıb. Prezidentin köməkçisinin fikrincə, onun qəbul etdiyi qətnamələr və qərarlar Cənubi Qafqazda sülh gündəliyinə xələl gətirir.
"Avropa Parlamenti həllin bir hissəsi deyil, problemin bir hissəsidir. Biz regional sülhün qurulması prosesindəyik, lakin Avropa Parlamenti tamamilə başqa bir gündəlik irəli sürür", - H.Hacıyev bildirib.
O əlavə edib ki, Avropa İttifaqının Cənubi Qafqaza dair siyasəti bir istiqamət ətrafında qurulmaq əvəzinə, bütün regionu əhatə etməli və onun bütün ölkələri ilə balanslaşdırılmış əməkdaşlığı nəzərdə tutmalıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













