20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir - RƏY
20 Sentyabr müstəqil Azərbaycan tarixinin ən şərəfli və əlamətdar günlərindən biridir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri dünya təcrübəsində də mühüm yer tutur:
"Əgər 1991-ci ildə müstəqilliyimizi əldə etmişiksə, 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü təmin etdik, torpaqlarımızı işğaldan azad etdik. 2023-cü il sentyabrın 20-də isə Azərbaycanın tam suverenliyi bərpa olundu. Bu qələbə Azərbaycan bayrağının ölkəmizin bütün ərazisində dalğalanmasına imkan yaratdı. Azərbaycan Ordusu qısa müddət ərzində qarşıya qoyulan bütün hədəflərə nail oldu".
"Bunun nəticəsində biz dəfələrlə mina terroru ilə üzləşdik. 400-dən çox vətəndaşımız mina terroru nəticəsində həyatını itirdi, xəsarət aldı və ya əlil oldu. Buna baxmayaraq, Azərbaycan suverenliyini sülh yolu ilə bərpa etməyin tərəfdarı idi. Lakin bu, mümkün olmadı. İyirmi üç saat davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun rəşadətini, qəhrəmanlığını və Azərbaycan dövlətinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. 20 sentyabrdan sonra isə Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesini daha da sürətləndirməyə başladıq. Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi və dünya artıq Azərbaycanın gücü və qüdrəti ilə hesablaşmağa başladı".
Bu mənada, 20 sentyabr həm də Azərbaycan şəhidlərinin, əsgər və zabitlərinin, qazilərinin qəhrəmanlıq zirvəsi kimi mühüm əhəmiyyət daşıyır. Biz bu tarixi gənc nəslə öyrətməli, onlarda vətənpərvərlik ruhunu gücləndirməli və 20 sentyabrı daim yaşatmalıyıq.
20 sentyabr Azərbaycanın tarixində müstəqilliyimizin və suverenliyimizin bərpasını simvolizə edən tarixi hadisədir. Bu gün bizim üçün müqəddəs gündür. Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün tarixə yazıldığı gündür.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi













