Ceyhun Bayramov Sent-Vinsent və Qrenadinlərin xarici işlər naziri ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda UNGA81 çərçivəsində Sent-Vinsent və Qrenadinlərin xarici işlər, xarici ticarət, xarici investisiyalar və diaspora məsələləri naziri Duayt Fitscerald Bramble ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Tərəflər Azərbaycan–Sent-Vinsent və Qrenadinlər münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı təmasların və səfərlərin artırılmasının, eləcə də ikitərəfli əlaqələrin institusional əsaslarının gücləndirilməsinin vacibliyi vurğulanıb.
BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti bir daha təsdiqlənib.
Məhsuldar müzakirələrin davamı olaraq tərəflər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinlərin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspora Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Protokol"u imzalayıblar.
Bu mühüm Protokol institusional əlaqələrin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə, müntəzəm diplomatik təmasların inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













