Milli Observatoriya SosialLab elmi-analitik müsabiqəyə start verib
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ali təhsil və tədqiqat müəssisələri arasında gənclərin elmi-analitik bacarıqlarını inkişaf etdirmək məqsədilə SosialLab adlı müsabiqəyə start verib.
"Far.Az" xəbər verir ki, müsabiqədə iştirak edən komandalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Observatoriyanın fəaliyyət istiqamətlərinə uyğun mövzular üzrə tədqiqat aparacaq, nəticələri hesabat şəklində təqdim edəcəklər.
Layihənin ilk mərhələsində komandalar üçün iki günlük təlim proqramı keçiriləcək. Təlimlərdə hesabatların hazırlanması qaydaları, metodoloji yanaşmalar və qiymətləndirmə meyarları təqdim ediləcək, bununla da iştirakçılar sonrakı mərhələdə hesabatlarını daha peşəkar şəkildə hazırlamaq imkanı qazanacaqlar.
Sonda təqdim edilən hesabatlar texniki uyğunluq və plagiat yoxlamasından sonra beynəlxalq akademik meyarlarla qiymətləndiriləcək.
Qalib komandaların məqalələrinin "Scopus" indeksli jurnallarda dərc olunması üçün akademik redaktə və çap dəstəyi göstəriləcək.
İki ay davam edəcək müsabiqədə artıq 11 ali təhsil və tədqiqat müəssisəsinin iştirakı təsdiqlənib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Milli Observatoriya növbəti "Sosial Jurnalistika" təlimini keçirib
SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir













