Kayrat Sarıbay: Hökumətlərarası səmərəli ünsiyyət mexanizminin qurulması əsas prioritetdir
Far.Az xəbər saytı

Kayrat Sarıbay: Hökumətlərarası səmərəli ünsiyyət mexanizminin qurulması əsas prioritetdir


AQEM üçün əsas məsələ hökumətlərarası səmərəli ünsiyyət mexanizminin qurulması və inkişaf etdirilməsidir.

"Far.Az" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən AQEM Media Forumunda deyib.

O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə artıq yüzlərlə müxtəlif təşəbbüs həyata keçirilib:

"Regionda peşəkarların bir araya gələrək bu təşəbbüslər üzərində birgə fəaliyyət göstərməsinin şahidi oluruq. Bir imkan və ya fürsət, əslində, digər imkan və fürsətlərə yol açır.

Məsələn, əgər biz rəqəmsal bağlantılardan danışırıqsa, bu, bilavasitə biliklərə çıxışı təmin edir. Qadınların səlahiyyətləndirilməsinə çalışırıqsa digər sahələrdə də yeni imkanların formalaşdığını görürük. Qadınlar daha da güclənirsə, bundan bütün cəmiyyət bəhrələnir və iqtisadi artım baş verir. Qadınlar artıq istər sahibkarlıqda, istər peşəkar fəaliyyətdə, istərsə də ölkənin ictimai həyatında fəal iştirakçılara çevrilirlər".

Xəbər yenilənir

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər