Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Fransada ölkə bazarında qiymətləri sabitləşdirmək üçün strateji ehtiyatlardan 10 milyon barel dizel yanacağının buraxılması planlaşdırılır.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, bu planlar barədə Fransanın Baş naziri Sebastyen Lekornyu Matinondakı çıxışında bildirib.
Baş nazirin sözlərinə görə, bu qərar Fransanın yanacaqdoldurma məntəqələrində yanacağın qiymətini aşağı salmağa imkan verəcək:
"Strateji ehtiyatlardan 10 milyon barel buraxılacaq, bu da yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litrinin qiymətini 12-18 santim (0,12-0,18 avro - red.) aşağı salmağa imkan verəcək".
Lekornyu əlavə edib ki, bu həcm üç ay ərzində bazara çıxarılacaq.
"Yaxın vaxtlarda mən üç ay müddətinə nəzərdə tutulan bu əməliyyata icazə verən fərman imzalayacağam. Dünya bazarlarında qiymətlər dəyişməkdə davam edəcək, lakin bu yolla qiymət artımının təsirini qismən yumşalda biləcəyik. Enerji təhlükəsizliyimizin təmin olunması üçün həcmlərə nəzarət ediləcək, operatorların isə bu ehtiyatları bərpa etmək üçün bir ilə qədər vaxtı olacaq. Bu tədbir bizə digər ölkələrdə qəbul edilən qərarlardan və onların nəticələrindən asılılığı azaltmaq üçün vaxt verir", - baş nazir aydınlıq gətirib.
Daha əvvəl bildirilib ki, G7 ölkələri enerji böhranı ilə mübarizə aparmaq üçün ehtiyatlardan 100 milyon barel neft məhsulu buraxacaq.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib













