İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
Far.Az xəbər saytı

İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib


Qarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb.

"Far.Az"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib.

Səyyahın sözlərinə görə, o, dünyanın bütün ölkələrinə səfər edib, Azərbaycanda isə ilk dəfə hələ 1998-ci ildə olub. O vaxtdan bəri Beni dəfələrlə ölkəyə qayıdıb və əhəmiyyətli dəyişikliklərin şahidi olub.

"Bakı çox dəyişib. Bu illər ərzində baş verən dəyişikliklər həqiqətən də heyrətamizdir. İndi Bakı ən gözəl şəhərdir", - o qeyd edib.

Qarabağ təəssüratlarından danışan səyyah regionun təbii müxtəlifliyini xüsusi vurğulayıb.

"Buranın təbiəti çox gözəldir. Qarabağda səyahət edərkən onun müxtəlif hissələrində, məsələn, Laçın və Xankəndidə landşaftların, ağacların və relyefin nə qədər fərqləndiyini görürsən. Dağ mənzərələri mənə xüsusilə təsir etdi", - Beni deyib.

O, həmçinin regionda həyata keçirilən tikinti və bərpa işlərinin miqyasına diqqət çəkərək, onların nəticələrinin böyük maraq doğurduğunu qeyd edib.

Beni ziyarət etdiyi yerlər arasında xüsusilə Laçını xoşlayıb, bu yer onun yaddaşında mənzərəli təbiəti və şəhərin gözəlliyi ilə qalıb. O, həmçinin Kəlbəcərin dağ mənzərələri barədə müsbət fikirlər səsləndirib.

Qeyd edək ki, "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupu Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər