ITA: 20-dən çox İtaliya şirkəti "BakuBuild 2026" sərgisində iştirak edəcək
Far.Az xəbər saytı

ITA: 20-dən çox İtaliya şirkəti "BakuBuild 2026" sərgisində iştirak edəcək


İtaliya 31-ci Xəzər Beynəlxalq İnşaat Sərgisində ("BakuBuild 2026") əsas tərəfdaş ölkə qismində iştirak edəcək və 24 şirkətin iştirakı ilə milli pavilyonunu təqdim edəcək.

İtaliya Ticarət Agentliyinin (ITA) Bakı ofisindən "Far.Az"a verilən məlumata görə, şirkətlər tikinti, mühəndislik və memarlıq sahələrindəki həllərini təqdim edəcəklər.

İştirakın təşkilatçısı qismində ANIMA maşınqayırma sənayesi federasiyası və tikinti məhsulları və avadanlıqları istehsalçılarını, xidmət təminatçılarını və ixtisaslaşmış podratçıları birləşdirən FINCO federasiyası ilə əməkdaşlıq edən İtaliya Ticarət Agentliyi çıxış edir.

Təşəbbüsün məqsədi innovativ İtaliya məhsullarını təqdim etmək və Azərbaycan şirkətləri ilə sənaye və ticarət əməkdaşlığı imkanlarını genişləndirməkdir.

Milli stenddə mühəndislik həlləri, müasir avadanlıq, innovativ materiallar, enerji səmərəliliyinin artırılması texnologiyaları və dayanıqlı şəhər infrastrukturunun yaradılması üçün işləmələr təqdim olunacaq.

İtaliya tərəfi B2B formatında işgüzar görüşlərə, yeni əlaqələrin qurulmasına və azərbaycanlı tərəfdaşlarla təcrübə mübadiləsinə xüsusi diqqət yetirəcək. Bunun uzunmüddətli sənaye əməkdaşlığının inkişafına və birgə layihələrin reallaşdırılmasına kömək edəcəyi gözlənilir.

İtaliyanın milli pavilyonunun rəsmi açılış mərasimi oktyabrın 14-də, sərginin ilk günündə hər iki ölkənin rəsmi nümayəndələri və diplomatlarının iştirakı ilə keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər