Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
Far.Az xəbər saytı

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib


Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.

Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsi və dəniz təhlükəsizliyi sahəsində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Beynəlxalq simpoziumda iştirak və keçirilən ikitərəfli görüşlər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin beynəlxalq əlaqələrinin inkişafı, tərəfdaş ölkələrin hərbi dəniz qüvvələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər