Hadrutda Azərbaycanın ən yaxşı energetikləri müəyyənləşdi
"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Hadrutda "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının final turu keçirilib.
Far.Az xəbər verir ki, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində təşkil olunan açılış mərasimində "Azərişıq" ASC-nin ölkənin bütün regionlarında həyata keçirdiyi yenidənqurma işləri və Ümumrespulika Yarışının regional turlarını əks etdirən video çarxlar nümayiş olunub.
Sonra birinci mərhələyə start verilib. İntellektual yarışda 11 regional turun qalibi olmuş komandalar - "Astara EŞ", "Göyçay EŞ", "Xaçmaz EŞ", "Xankəndi EŞ", "Qax EŞ", "Qazax EŞ", "Salyan EŞ", "Sumqayıt EŞ", "Şahbuz EŞ", "Yasamal RETSİ", "Zərdab EŞ" nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə şəkil, stuasiya, açıq və qarışıq tipli 20 sualı cavablandırıblar.
İkinci mərhələdə iştirakçılar peşə bacarıqlarını göstəriblər. Energetiklər ssenariyə uyğun olaraq ardıcıl praktiki tapşırıqları - elektrik cərəyanına düşmüş şəxsin xilas edilməsi və ona ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmə, eləcə də 10 kV-luq elektrik xəttində təmir-bərpa əməliyyatlarını yerinə yetiriblər.
Üçüncü mərhələdə "Bilik və bacarıqdan innovasiyaya" innovativ həllər müsabiqəsində yarış iştirakçıları əvvəldən hazırladıqları layihələri təqdim ediblər.
Yekun nəticələrə əsasən "Yasamal RETSİ" komandası birinci, "Xaçmaz EŞ" ikinci, "Astara EŞ" komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və kubokla mükafatlandırılıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Cəlilabadda növbəti əmək yarmarkası keçirilib













