Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri  "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Far.Az xəbər saytı

Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub


Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və səfirliyin Ticarət Müşavirliyinin nümayəndələri Azərbaycanda polimer və polipropilen əsaslı qablaşdırma materiallarının istehsalı üzrə regional liderlərdən olan şirkətlər qrupunun "Technopack" MMC və "Az-Pack" MMC-nin istehsal müəssisələrini ziyarət ediblər.

"Report" xəbər verir ki, səfər çərçivəsində rəsmilər qrupa daxil olan "Technopack" MMC və "Az-Pack" MMC fabriklərinin istehsal prosesi, texnoloji təchizatı və ixrac potensialı ilə yaxından tanış olublar.

Şirkətlər qrupunun səlahiyyətli nümayəndəsi Şeref Hızarçı Kemal qonaqlara müəssisənin fəaliyyət profili barədə məlumat verərək bildirib ki, 2001-ci ildən fəaliyyət göstərən qrup hazırda 600-dən çox rəsmi peşəkar mütəxəssisi işlə təmin edir. Zavodların istehsal sahələri Avstriyanın, Almaniyanın, İtaliyanın və Kanadanın qabaqcıl qlobal brendlərin müasir texnoloji avadanlıqları ilə təchiz olunub.

Ziyarət zamanı müəssisələrin yüksək ixrac coğrafiyası xüsusi qeyd edilib. Bildirilib ki, istehsal olunan məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, beynəlxalq gömrük standartlarına uyğun olaraq Avropa İttifaqı, EFTA, MDB və Yaxın Şərq ölkələri daxil olmaqla dünyanın müxtəlif ölkələrinə uğurla ixrac edilir. Müəssisə eyni zamanda regionun və dünyanın qida - qeyri qida sənayesi üzrə aparıçı şirkətlərin rəsmi qablaşdırma tədarükçüsüdür.

Görüşdə ISO 9001:2015 və FSSC 22000 beynəlxalq keyfiyyət sertifikatlarına, həmçinin EFIBCA rəsmi üzvlüyünə malik zavodların qeyri-neft sektorunun inkişafındakı rolu yüksək qiymətləndirilib. Həmçinin Türkiyə və Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələr və sənaye sektorunda gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli müzakirələr aparılıb.

Oxşar xəbərlər

Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Rəsmilər Şəhidlər xiyabanında
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər