İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında verdiyi bəyanata istinadən məlumat yayıb.
"İndi qərar Birləşmiş Ştatlara qalır", - İranın XİN başçısı bildirib.
A.Əraqçı vurğulayıb ki, Vaşinqtonun münaqişə ilə bağlı mövqeyi dəyişmədən gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi qeyri-mümkündür.
Bununla yanaşı, nazir Tehranın münaqişənin həlli istiqamətində diplomatik səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib: "İran öz xalqını, suverenliyini və qanuni maraqlarını qoruyacaq. Lakin hüquqlarımızın müdafiəsi ilə sülhə can atmaq arasında heç bir ziddiyyət yoxdur".
Onun sözlərinə görə, Tehran müharibənin vurduğu ziyanı dərk edir və sülhün əldə olunmasına böyük əhəmiyyət verir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
Cəlilabadda növbəti əmək yarmarkası keçirilib
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb













