Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Baş prokuror Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb.
Bu barədə "Far.Az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Orqanının (ACTA) prezidenti Hamad bin Nasser bin Rashid Al-Misnad ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qətər arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyəsi vurğulanıb. Prezident İlham Əliyevin müxtəlif illərdə Qətərə rəsmi səfərləri, Qətər Dövlətinin Əmiri Şeyx Tamim bin Hamad Al Taninin isə ölkəmizə rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələr qeyd olunub.
Həmçinin, Qətər Dövlətinin Əmiri Şeyx Tamim bin Hamad Al Taninin oktyabrın 14-15-i 2026-cı il tarixdə AQEM-in VII Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfəri, səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüşü və ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirəsi Azərbaycan-Qətər münasibətlərinin inkişafına verilən qarşılıqlı önəmin göstəricisi kimi vurğulanıb.
Baş prokuror Qətərin müvafiq qurumu ilə Azərbaycan prokurorluq orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin və beynəlxalq platformalarda birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. O, Qətərin BMT-nin Korrupsiyaya qarşı Konvensiyası çərçivəsində fəaliyyətini vurğulayaraq, qarşıdakı beynəlxalq tədbirlərdə əməkdaşlığın və dəstəyin davam etdirilməsinə ümidvar olduğunu bildirib.
Hamad Al-Misnad ikitərəfli əməkdaşlığın inkişafının və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq təşəbbüslər çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Göstərilən səmərəli əməkdaşlığa və Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əlaqələrin inkişafına verdiyi töhfələrə görə Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Orqanının prezidenti Hamad bin Nasser bin Rashid Al-Misnad Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir?













