Şəmkirdə 13 il əvvəl törədilən amansız qətlin üstü açıldı: Şübhəli şəxs məhkəmə qarşısında
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 5 avqust 2013-cü il tarixdə Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
İstintaqla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olaraq üzərindəki qatlanan cib bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra isə mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşmasına dair əsaslı şübhələr müəyyən edilib.
22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "Moyka" biznesi ölümlə bitdi
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
"Bank Respublika" və "AccessBank" arasında strateji əqd uğurla başa çatıb
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)













