Deputat: "Regionlarındakı sahibkarlar elektron ticarətə inteqrasiya edilməlidir"
Azərbaycanın regionlarındakı sahibkarlar elektron ticarətə inteqrasiya edilməlidir.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Müşfiq Məmmədli bildirib.
Onun sözlərinə görə, bu gün elektron ticarətin imkanlarından Bakı və Gəncə, Sumqayıt kimi iri şəhərlərdə daha geniş istifadə olunur: "Halbuki regionlarda fəaliyyət göstərən kiçik sahibkarlar, fermerlər, ailə təsərrüfatları və yerli istehsalçılar üçün elektron ticarət yeni bazarlara çıxış imkanı yarada bilər. Məsələn, Qubada meyvəçiliklə məşğul olan fermer, Cəbrayılda kənd təsərrüfatı məhsulları istehsal edən sahibkar və ya Xırdalanda kiçik ailə biznesi quran vətəndaş öz məhsulunu rəqəmsal platformalar vasitəsilə birbaşa alıcıya təqdim edə bilməlidir. Bunun üçün elektron ticarətin hüquqi tənzimlənməsi ilə yanaşı, regionlarda rəqəmsal savadlılığın artırılması, logistika və çatdırılma xidmətlərinin inkişaf etdirilməsi də vacibdir. Təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən regionlarda kiçik və orta sahibkarlığın elektron ticarətə inteqrasiyasını stimullaşdıran tədbirlər nəzərdən keçirilsin".
M.Məmmədli vurğulayıb ki, bu gün elektron ticarət artıq sadəcə internet üzərindən alış-veriş vasitəsi deyil: "O, iqtisadiyyatın rəqəmsallaşmasının, nağdsız ödənişlərin genişlənməsinin, şəffaflığın artırılmasının və yeni sahibkarlıq imkanlarının yaradılmasının əsas istiqamətlərindən biridir. Elektron ticarətə yalnız texnoloji yenilik kimi deyil, həm də iqtisadi inkişaf, regionlarda məşğulluğun artırılması və vətəndaş hüquqlarının müdafiəsi baxımından yanaşmalıyıq.
Texnologiya sürətlə dəyişir, bu istiqamətdə qanunlar isə onların inkişafına imkan verən hüquqi mühit yaratmalıdır".
Deputat qeyd edib ki, digər tərəfdən, elektron ticarət genişləndikcə saxta internet mağazaları, keyfiyyətsiz məhsulların satışı, ödəniş edildikdən sonra malların çatdırılmaması və vətəndaşların şəxsi məlumatlarından qanunsuz istifadə kimi risklər də artır: "Bu baxımdan, elektron ticarət platformalarında satıcıların identifikasiyası, məhsullar haqqında məlumatların şəffaflığı, malların geri qaytarılması prosedurları və istehlakçı şikayətlərinə operativ baxılması mexanizmlərinin daha da təkmilləşdirilməsini təklif edirəm".
O deyib ki, nağdsız ödənişlərin genişlənməsi kiberdələduzluq risklərini də aktuallaşdırır: "Bu səbəbdən, elektron ödənişlər zamanı fərdi məlumatların qorunması, istifadəçilərin təhlükəsiz identifikasiyası və şübhəli əməliyyatlara qarşı çevik müdafiə mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniyadan olan ər-arvad Mərakeşdəki hoteldə həyatını itirib
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb













