"Expressbank" "Felis 2026"da 2 qızıl mükafat qazanıb
"Expressbank" ASC-nin Anım Günü münasibətilə "Crambone" reklam agentliyi ilə birgə hazırladığı "Yağış yuyur, gün qurudur" imic çarxı "Felis 2026" müsabiqəsində iki kateqoriya üzrə qalib seçilib. Beləliklə, bank yaradıcı sektorda ilk iştirakında təqdim etdiyi iki müraciətin hər biri üzrə mükafat qazanaraq uğurlu nəticəyə imza atıb.
Mükafatlar noyabrın 4-də Türkiyənin İstanbul şəhərində, "Brand Week Istanbul" çərçivəsində Haliç Konqres Mərkəzində keçirilən təntənəli mərasimdə təqdim olunub.
Oktyabr ayında açıqlanan nəticələrə əsasən, "Yağış yuyur, gün qurudur" çarxı hər iki kateqoriya üzrə qısa siyahıya daxil olub. Mərasim gecəsində isə layihə aşağıdakı kateqoriyalarda qalib elan edilib:
* Use of Music (Musiqidən istifadə) – qızıl mükafat;
* Writing/Screenplay (Ssenari) – qızıl mükafat.
Anım Günü üçün ərsəyə gətirilən film hər gün yanından keçdiyimiz, binaların divarlarından bizə baxan şəhidlərimizin unudulmayan xatirəsinə həsr olunub. Həyat öz axarı ilə davam etsə də, onların xatirəsi gündəlik həyatımızın ayrılmaz bir hissəsi olaraq qalır.
"Expressbank" bu uğuru Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edir. Çünki bəzi adlar heç vaxt unudulmur, bəzi baxışlar isə hər zaman bizimlə qalır.
"Expressbank" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş 119 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək













