Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
İspaniya çempionatının növbəti turunda keçiriləcək qarşılaşmaların 9-cu dəqiqəsində "Tenerife" klubunun vəfat edən futbolçusu Xesus de Migelin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
"Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, növbəti turun bütün oyunlarından əvvəl də bir dəqiqəlik sükut elan olunacaq.
Xatırladaq ki, Xesus de Migel İspaniya çempionatının ikinci divizionunda "Tenerife" – "Andorra" matçı zamanı rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürəktutması keçirib. Meydanda huşunu itirən futbolçuya ilkin tibbi yardım göstərilib və o daha sonra xəstəxanaya çatdırılıb. Lakin Migelin həyatını xilas etmək mümkün olmayıb.
30 yaşlı futbolçu 2025-ci ilin yayından "Tenerife"də çıxış edirdi. Xesus de Migel komandasında 9 nömrəli formanı geyinib. O, karyerası ərzində İspaniyanın bir sıra digər klublarının da çıxış edib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 12 oyunluq cəzalandırıla bilər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"













