Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Far.Az xəbər saytı

Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək


Rusiya Prezidenti Vladimir Putin ABŞ-İran münaqişəsinin yekunlaşması üçün hər cür kömək etməyə hazırdır.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.

"Cənab Putin dedi ki, müharibəni bitirmək üçün hər cür kömək edəcək", - o bildirib və əlavə edib ki, Rusiya lideri İranın nüvə obyektlərinin bombardman edilməsini qınayıb.

Söhbət zamanı İrana qarşı müharibə qəddar akt adlandırılıb.

Bundan başqa, təbii qaz tədarükü ilə bağlı məsələlər müzakirə edilib: "Putinlə görüşdə Rusiyadan İrana qaz borularının inşası barədə müzakirə aparılıb. Məqsəd həm İranın qaz çatışmazlıqlarını aradan qaldırması, həm də Rusiya qazının ətraf ölkələrə satışıdır".

Oxşar xəbərlər

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər