"Liverpul" "Qalatasaray"ın yeni transferinə "elçi düşüb"
Far.Az xəbər saytı

"Liverpul" "Qalatasaray"ın yeni transferinə "elçi düşüb"


İngiltərənin "Liverpul" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir. Mersisayd təmsilçisinin skautları futbolçunun çıxışını canlı izləmək üçün Çempionlar Liqasının oyununa xüsusi hazırlıq görüb.

Far.Az "Sözcü" nəşrinə istnadən xəbər verir ki, "Liverpul"un nümayəndələri "Qalatasaray" və "Ştutqart" arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsi matçı üçün stadionda bütöv bir loj satın alıblar.

Məqsəd rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun oyununu yaxından izləməkdir. Bildirilir ki, futbolçuya təkcə "Liverpul" deyil, İngiltərənin digər klubları da maraq göstərir. "Arsenal", "Tottenhem", "Brayton", "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" ilə yanaşı, Fransanın PSJ və "Monako" klublarının da Batrakovu izlədiyi qeyd olunur.

Aleksey Batrakov bu ilin yayında "Qalatasaray"a keçib. O, Türkiyə klubunun heyətində Çempionlar Liqasında üç qarşılaşmada meydana çıxıb və iki qola imza atıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər