Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik
Far.Az xəbər saytı

Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik


Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kiprə işgüzar səfər edib.

"Report" xəbər verir ki, bu barədə türkiyəli nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Erhürman, Baş nazir Ünal Üstel və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşlər keçirilib.

Görüşlərdə ikitərəfli münasibətlər və Kiprlə bağlı son proseslər müzakirə olunub.

H. Fidan qeyd edib ki, Türkiyə Şimali Kipr xalqının təhlükəsizliyini, inkişafını və rifahını daim prioritet hesab edir, onların öz gələcəklərini azad, təhlükəsiz və firavan şəkildə qurmasına dəstəyini davam etdirir.

"Kipr məsələsinin ən real həlli adada iki dövlətin yanaşı mövcudluğudur. Kipr türk xalqının ayrılmaz hüquqları olan suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması ədalətli və davamlı həllin əsas şərtlərindəndir", - o qeyd edib.

H. Fidan vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında bir daha bəyan etdiyi mövqeyə uyğun olaraq, Kipr xalqının hüquq və maraqlarını bütün platformalarda müdafiə etməyə, Şimali Kipr ilə həmrəyliyini hər sahədə gücləndirməyə davam edəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər