SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Honeywell Technologies" şirkətinin strategiya üzrə prezidenti, qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvari ilə görüşüb.
Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Görüşdə SOCAR ilə "Honeywell Technologies" arasında əməkdaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə olunub, enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən rəqəmsal transformasiya, avtomatlaşdırma və dayanıqlılıq sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Söhbət zamanı SOCAR tərəfindən əməliyyatların rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər sənayenin avtomatlaşdırılması, enerji keçidi, əməliyyat təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə SOCAR-la "Honeywell Technologies" arasında Qlobal Çərçivə Sazişi imzalanıb.
SOCAR-ın ölkədaxili və beynəlxalq aktivlərini əhatə edən yeni yanaşmanı özündə əks etdirən saziş proqram təminatı və müvafiq texnoloji həllər də daxil olmaqla, məhsul və xidmətlərin gələcək təchizatı üzrə əməkdaşlığın çərçivəsini müəyyən edir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













