"Neftçi" "Kəpəz"ə qalib gəlib
Far.Az xəbər saytı

"Neftçi" "Kəpəz"ə qalib gəlib


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Far.Az xəbər verir ki, turun ikinci qarşılaşmasında "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

"Palms Sports Arena"da təşkil olunan görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu nəticədən sonra "Neftçi" 24 xalla turnir cədvəlinin 1-ci pilləsində, "Kəpəz" isə 17 xalla 5-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin 6-cı ildönümü ilə əlaqədar Azərbaycan Premyer Liqasının bu turu "Zəfər turu" elan olunub. Qərara əsasən, noyabrın 6-8-də keçiriləcək bütün oyunlardan əvvəl Azərbaycanın Dövlət Himni səsləndiriləcək.

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
DÇ-2026: Ən çox qolu kim vurub?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər