Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür


6 il əvvəl, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində vətənimizin ərazi bütövlüyü bərpa olunmuş, tarixi ədalət zəfər çalmışdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu parlaq zəfər xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür:

"Vətən uğrunda canlarından keçərək adlarını şanlı tariximizə əbədi həkk etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyirik. Zəfər Günümüz mübarək!".

Oxşar xəbərlər

Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər