Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı
Far.Az xəbər saytı

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı


8 Noyabr Azərbaycan xalqı üçün təkcə Zəfər tarixi deyil. Bu gün həm də doğma torpaqlarımızın həsrətdən qurtulduğu, illərlə sinələrdə daşınan işğal ağrısının qürura çevrildiyi, milli iradənin qələbə çaldığı bir gündür. Bu tarix əsrlər boyu yaşayacaq Zəfər salnaməmizin başlanğıcıdır.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vətən sevgisi heç vaxt unudulmur

Bu Zəfərin arxasında təkcə hərbi güc yox, həm də səbir, inam, fədakarlıq, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhu dayanır. Bu yol 1990-cı illərin ağır sınaqlarına, torpaqlarımızın işğalına, milyonlarla soydaşımızın köçkün həyatına, şəhid analarının göz yaşlarına şahidlik etdi.

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı

30 ildən artıq davam edən işğal dövründə Vətən həsrəti ilə yaşayan milyonlarla soydaşımızın qəlbində bir arzu vardı: Qarabağa qayıtmaq! Şuşanın, Ağdamın, Laçının küçələrində, dağlarında yenidən gəzmək, Cıdır düzündə ucalan Azərbaycan bayrağını görmək, doğma kəndindəki ata ocağının qapısını açmaq... Uzun illər davam edən diplomatik danışıqlar fonunda bu arzu bəzən əlçatmaz görünürdü. Lakin Azərbaycan xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, nəsillər dəyişsə də, aradan uzun zaman keçsə də, yaddaşlarda yaşayan, qəlbimizə hakim olan Vətən sevgisi heç vaxt unudulmur.

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı

Milli kimliyimizin simvolu

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi, Ordumuzun gücü və şücaəti, xalqımızın birliyi ilə 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm hərbi-siyasi hadisələrindən biri oldu. Qədim Şuşa təkcə strateji əhəmiyyətə malik şəhər yox, həm də mədəniyyət paytaxtımız, milli musiqimizin beşiyi, poeziyamızın, incəsənətimizin müqəddəs məkanı idi. Bu baxımdan Şuşanın azadlığı ilə ölkəmiz həm də milli kimliyimizi simvolizə edən ən mühüm rəmzlərindən birinə qovuşdu. Bu qələbə xalqın mənəvi dünyasında illərlə yığılıb qalmış həsrətin, ağrının və nisgilin içərisində yeni bir səhər açdı. Şuşa Zəfəri göstərdi ki, milli iradə, peşəkar ordu, düzgün strateji planlaşdırma bir araya gəldikdə ən çətin maneələr belə bu gücün qarşısında aciz qalır.

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı

Şəhidlərimizin mirasına layiqincə sahib çıxırıq

Tarixi Zəfərimiz Azərbaycan əsgərinin qəhrəmanlığı, Ordumuzun peşəkarlığı, şəhidlərimizin və qazilərimizin qanı-canı bahasına əldə edildi. Şəhidlərimizin ruhuna hörmət, mirasına sayğı hər birimizin müqəddəs borcudur. Onlar Vətənin azadlığı uğrunda öz həyatlarını fəda etdilər ki, gələcək nəsillər başıuca yaşasın, Azərbaycan bayrağı heç bir zaman başqasının hökmü altında qalmasın. Bu gün dövlətin ali rəhbərliyinin iradəsi ilə şəhidlərimiz daim ehtiramla yad olunur, onların bizlərə əmanət qoyduqlarına Azərbaycan dövləti layiqincə sahib çıxır.

Hərbi-siyasi qələbədən davamlı sülhə

44 günlük Vətən müharibəsinin nəticələri yalnız hərbi qələbə ilə məhdudlaşmadı. Bu qələbə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişməklə yanaşı, regionda qüvvələr nisbətinə yeni məzmun gətirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirdi. İllərlə beynəlxalq hüququn tapdalanan prinsiplərini, BMT qətnamələrini Azərbaycan dövləti özünün güclü siyasi iradəsi, hərbi qüdrəti ilə reallaşdırdı.

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı

Lakin sirr deyil ki, Zəfərin hərbi-siyasi nəticələri təkcə əldə edilən nəticələrlə yox, həm də gələcək davamlı sülhlə ölçülür. Əsl siyasi müdriklik məhz hərbi qələbəni davamlı sülhə, regional əməkdaşlığa və uzunmüddətli inkişaf modelinə çevirmək bacarığıdır. Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik zəkası ilə bölgəmizdə qanlı münaqişə dövrü sülh gündəliyi ilə əvəzlənib. Qalib xalq olaraq Azərbaycan dünyaya öz təcrübəsində sülhün əldə olunmasının mümkünlüyünə dair unikal nümunə təqdim edib.

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı

Böyük Qayıdış və dirçəliş

Bu gün Azərbaycan həm də hərbi-siyasi qələbəsini işğaldan azad edilmiş ərazilərə yeni həyat verməklə, qurub-yaratmaqla taclandırır. Bu gün Qarabağ və Şərqi Zəngəzur yeni quruculuq mərhələsini yaşayır. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan ailələr təkcə evlərinə deyil, həm də yarımçıq qalmış həyatlarına, uşaqlıq xatirələrinə və milli kimliklərinin ayrılmaz parçasına qovuşurlar. Bu qayıdışın hər bir anında böyük bir tarix yaşayır. Bir ailənin illər sonra öz evinin qapısını açması bəzən əldə edilən ən böyük qələbədir. Bu sevinci Müzəffər Ali Baş Komandan doğma yurdlarına qayıdan sakinlərlə birlikdə yaşayır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri bir daha göstərir ki, dövlətin vəzifəsi təkcə sərhədləri qorumaq yox, həm də vətəndaşına təhlükəsiz, firavan və ləyaqətli həyatı təmin etməkdir. Bu gün Azərbaycan dövlətinin qarşısına qoyduğu, prioritet elan etdiyi başlıca siyasət də məhz budur.

Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı

Bəli, bu gün Şuşada, Kəlbəcərdə, Laçında, Füzulidə, Ağdamda və daha neçə-neçə işğaldan azad edilmiş şəhər və kəndlərimizdə dalğalanan üçrəngli bayrağımız bütöv bir xalqın qürurunu, müstəqilliyini və gələcəyə inamını ifadə edir.

8 Noyabr - sadəcə Qələbə günü deyil. Bu, yaddaşın zəfəri, iradənin təntənəsi, milli ləyaqətin bərpası və Azərbaycan dövlətçiliyinin qüdrətinin nümayişidir. Bu gün qürurla deyirik: Qarabağ Azərbaycandır! Zəfərimiz əbədi olsun!

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər