Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub
Far.Az xəbər saytı

Heydər Əliyev Fondu ilə Səudiyyə Ərəbistanı arasında layihələr müzakirə olunub


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ər-Riyadda Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə görüşüb.

"Far.Az" xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Kral Salman Mərkəzi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın inkişafı, eləcə də gələcək birgə layihələr istiqamətində müzakirələr aparılıb.

Abdullah Ər-Rabiə, eyni zamanda, İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Al Səudun salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.

Oxşar xəbərlər

Mehriban Əliyevanın doğum günüdür
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər