Oğuzda çay məcraları təmizlənir, yeni suvarma mövsümünə hazırlıq işləri aparılır
Far.Az xəbər saytı

Oğuzda çay məcraları təmizlənir, yeni suvarma mövsümünə hazırlıq işləri aparılır


Oğuzda çay məcraları təmizlənir, yeni suvarma mövsümünə hazırlıq işləri aparılır.

Bu barədə "Far.Az"un Şimal-qərb bürosuna Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin əvvəlindən etibarən çay yataqlarında idarənin maşın mexanizmləri ilə selə qarşı mübarizə məqsədi ilə çay yataqlarında təmizləmə işləri aparılıb.

Bununla yanaşı, 2023-cü ildə qəzalı vəziyyətə düşmüş Daşağılçaydakı, Bucaq, Muxas kəndlərinin əkin sahələrini qoruyan mühafizə divarı tam təmir edilib. Filfilli kəndinin sel daşqınlarından qorunması məqsədilə Qalaçayın sağ sahilində 100 p/m uzunluğunda mühafizə divarının tikintisinə başlanılıb və ilin sonuna kimi işlər başa çatdırılacaq.

Su itkisinin qarşısının alınması və əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə kanal və kollektorlarda lildən təmizləmə işləri aparılıb.

Bundan başqa, rayon ərazisində əhalinin suya olan tələbatı ödəmək məqsədilə qazılmış 23 quyuda təmir işləri aparılıb, 3 ədəd quyunun 2-də yuyulma işləri başa çatdırılıb, bir quyu isə yenidən qazılır. İlin sonuna kimi planda nəzərdə tutulmuş bütün işlər tam şəkildə başa çatdırılacaq.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Qaxda torpaq məcralı kanallar lildən təmizlənir, selə qarşı mübarizə tədbirləri aparılır
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər