Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Far.Az xəbər saytı

Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib


Mahaçqalada tələbə yataqxanasında baş verən yanğın nəticəsində 200-dən çox insan təxliyə edilib.

“Far.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.

"Mahaçqalada Rəsul Həmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin yataqxanasında yanğın barədə məlumat daxil olub. Rusiya FHN-in əməkdaşları tərəfindən 220 nəfər təxliyə edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb", - məlumatda qeyd olunub.

İkinci mərtəbədəki otaqda 20 kvadratmetr sahədə yanğın söndürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürülüb - YENİLƏNİB-4
Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər