ASCO 5 illik fəaliyyətinə dair hesabat hazırlayıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2019-2023-cü illərdəki fəaliyyətini əhatə edən hesabat hazırlayıb.
“Far.Az” ASCO-ya istinadən xəbər verir ki, hesabatda şirkətin tarixi, missiyası və strateji hədəfləri ilə yanaşı, əməliyyat və maliyyə nəticələri, təşkilati strukturu, donanmanın əsas fəaliyyət sahələri və marşrutları barədə məlumatlar yer alıb. Bundan başqa, sənəddə əməliyyatların səmərəliliyinin və gəlirliliyinin artırılması, müştərilərə dəstək, davamlı optimallaşma, işçilərin maddi və mənəvi rifahının təmin edilməsi, ASCO-da sağlamlıq və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, insan resurslarının idarə edilməsi, korporativ idarəetmə və korporativ sosial məsuliyyət çərçivəsində görülən işlər haqqında təfsilatlı məlumatlar da əksini tapıb.
Hesabat sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə Azərbaycan və ingilis dillərində hazırlanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













