Prezidentin köməkçisi: Diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir
Far.Az xəbər saytı

Prezidentin köməkçisi: Diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir


Texnologiyanın inkişafına müqavimət göstərmək olmaz, bizim diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir.

“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bu kontekstdə süni intellekt Azərbaycanın prioritet istiqamətlərindən biridir.

H.Hacıyevin sözlərinə görə, süni zəka texnologiyalarından Azərbaycan mediası və diplomatiyasında gündəlik olaraq istifadə edilir.

O əlavə edib ki, 2-ci Qarabağ Müharibəsi zamanı süni intellektdən istifadə edilərək Azərbaycan çox intensiv dezinformasiyanın hədəfinə çevrilmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər