Gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidi artırılacaq
Far.Az xəbər saytı

Gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidi artırılacaq


Gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidi artırılacaq.

"Far.Az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, siyahıda beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya (EVLA) İntraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyaları və kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi və digər sahələrdə ventrikulyar şuntların tətbiqi və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması nəzərdə tutulur.

Oxşar xəbərlər

İcbari tibbi sığorta çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərin çeşidi artırılacaq
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər