“AirHelp” şirkəti ən yaxşı aviaşirkətlərin siyahısını açıqlayıb: AZAL neçənci yerdədir?
Dünya aviaşirkətlərinin xidmət keyfiyyəti və dəqiqliyinin qiymətləndirilməsinə diqqət yetirən “AirHelp” şirkəti bu sahənin ən uğurlu və ən pis nümayəndələrinin yeni reytinqini təqdim edib.
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) "Report"a verilən məlumata görə, 109 aviaşirkətin təhlili əsasında hazırlanan reytinqə 2024-cü ilin yanvar-oktyabr ayları üzrə məlumatlar daxil edilib. Bu il Azərbaycanın milli aviadaşıyıcısı AZAL üçün göstəricilər xüsusilə maraqlı olub.
Ən yaxşıları və ən pisləri
Reytinqin zirvəsində Belçikanın “Brussels Airlines” aviaşirkəti yer alıb. Şirkət 10 üzərindən 8,12 bal toplayaraq liderliyini təmin edib. Daha sonra “Qatar Airways” (8.11) və “United Airlines” (8.04) şirkətləri gəlir. Ballar nə qədər yüksəkdirsə, aviaşirkətin bir o qədər xidmət keyfiyyətində, uçuşların dəqiqliyində və sərnişinlərə kompensasiya məsələlərində daha uğurlu olduğunu göstərir.
Reytinqin sonuncu pilləsində isə 3,63 balla Tunisin “Tunisair” aviaşirkəti yer alıb.
AZAL - dünya reytinqində TOP-25
AZAL “AirHelp” şirkətinin reytinqinə görə mühüm nəticə qazanıb. Aviaşirkət 25-ci yerdə qərarlaşaraq dünya liderləri sırasında yer alıb.
AZAL-ın bır sıra nüfuzlu aviaşirkətləri siyahıda geridə qoyması bu nailiyyətin əhəmiyyətini daha da artırır. Reytinqlə linki vasitəsilə tanış olmaq olar. Reytinqin ilk 25-liyində “American Airlines”, “LOT Polish Airlines”, “Etihad Airways”, “Air Arabia”, “Qantas” və “Air France” kimi böyük bazar oyunçuları da yer alıb. Bu, aviasiya sahəsində güclü rəqabətin və müştəriyönümlü aviaşirkətlərin uğurunun bariz nümunəsidir. 7,09 bal toplayan AZAL dünyanın ən böyük aviadaşıyıcıları ilə rəqabət aparmaq potensialını nümayiş etdirib.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













