TƏBİB direktoru: Köhnə ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmir
Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq.
"Far.Az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən "Səhiyyədə yeni imkanlar" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil:
"İdarəçilər başqa ixtisas sahibləri, əsasən maliyyəçilər və s. şəxslər də ola bilər. Əsas olan xərc və gəlirlərin düzgün tənzimlənməsi, tibbi xidmətlərin zənginləşdirilməsidir. Bu da sonda özəl xəstəxanalarda olduğu kimi dövlət tibb müəssisələrində aldığı xidmətdən məmnun qalsın. Təbii ki, rəhbər şəxslərin qarşısına ilk mərhədə bu tələbi qoymaq düz deyil. Çünki menecerlik hər kəs üçün yenidir".
V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl ölkədə yalnız baş həkim var idi:
"Direktor və inzibati idarəedici yox idi. Bu insanları yetişdirmək lazım idi. Artıq dörd ilə yaxındır ki, postsovet dönəmindən aktiv sistemə keçid etmişik. Xaricdən dəvət olunan mütəxəssislərin bu sahədə ölkədə təlim keçməsi önəmlidir".
Onun sözlərinə görə, artıq Avropa ölkələrinin Azərbaycanın tibb müəssisələrinə marağı artır.
"Köhnə və keçmişdə qalmış ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmir. Çünki Azərbaycan səhiyyəsi və özəl sektor daim inkişaf edir. Dövlət tibb müəssisələrinin əsas hədəfi özəl xəstəxanalarla rəqabəti tam hazır formaya gətirməkdir. Təbii ki, bu da sağlam rəqabət olmalıdır. Çünki rəqabət olmadığı yerdə inkişaf da mümkün deyil. Dövlət xəstəxanaları inkişaf etdikcə artıq özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı mümkün qədər məhdudlaşır".
V.Qurbanov qeyd edib ki, əgər vətəndaş regionda yaşadığı əraziyə yaxın yaxşı tibbi xidmət ala bilirsə, artıq Bakıya gəlməyə ehtiyac qalmır:
"Bu da öz növbəsində özəl xəstəxanalara müraciətlərin sayının azalmasına da səbəb olur. Özəl xəstəxanalar o səviyyədə inkişaf etməlidir ki, dövlət müəssisələri onlara çatmaq üçün daim çalışmalıdır. Çünki dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq. Çünki müəyyən prosedurlar fərqlidir", - TƏBİB rəhbəri əlavə edib.
Oxşar xəbərlər
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













