Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Far.Az xəbər saytı

Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib


Düşənbədə Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

"Far.Az" xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda iclasda çıxış ediblər.

Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə nitq söyləyiblər.

İclas protokolunun imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti ilə Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirojiddin Muhriddin və Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Sheralizoda arasında görüşlər keçirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər