Qiymətləndiricilər Palatası nizamnaməsi və ilk büdcəsini qəbul edib
Bu gün keçirilən Qiymətləndiricilər Palatasının Ümumi Yığıncağında qurumun nizamnaməsi və büdcəsi qəbul olunub.
"Far.Az" xəbər verir ki, palata “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun icrası çərçivəsində yaradılıb və bu, qurumun ilk yığıncağı idi. Palatanın aylıq büdcəsi 30 min 677 manat səviyyəsində müəyyən olunub.
Tədbirdə qiymətləndirmə fəaliyyətinin hüquqi çərçivəsi və qanunvericilikdən irəli gələn vəzifələr, peşəkar qiymətləndiricilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün proqramlar, beynəlxalq təcrübələrin və rəqəmsal həllərin qiymətləndirmə sahəsində tətbiqi, qiymətləndirmə sisteminin iqtisadi inkişafdakı rolu və gələcək prespektivlər kimi məsələlər müzakirə olunub.
Palata qiymətləndirmə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə peşəkar kadrların inkişafı üçün təlim və sertifikasiya proqramlarının həyata keçirilməsini planlaşdırır.
Qeyd edək ki, bu yaxınlarda təsis edilmiş Qiymətləndiricilər Palatasının sədri əmlak məsələləri üzrə tanınmış ekspert Nüsrət İbrahimovdur.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”
Azərbaycanda Qiymətləndiricilər Palatasının hədəfləri açıqlanıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













