Fransada cinayətkarlığın səviyyəsi kəskin artıb, məhbusların saxlanılması üçün yerlər çatışmır
“Fransa həbsxanalarında cəza çəkən vətəndaşların sayı artmaqda davam edir, yaxın gələcəkdə cəzaçəkmə müəssisələrində təhlükəli cinayətkarları saxlamaq üçün yer qalmaya bilər”.
“Report” xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanin “Le Parisien” qəzetində dərc olunan müsahibəsində bildirib.
“Fransada 60 000 çarpayıya 82 000 məhbus düşüb ki, bu da 30 faizdən artıq sıxlıq deməkdir. Heç nə etməsək, bir neçə aydan sonra cinayətkarları həbs edə bilməyəcəyik”, - deyə nazir bildirib.
Bu problemi həll etmək üçün Darmanen qısa müddətə daha yüngül şərtlərlə məhkum edilmiş cinayətkarlar üçün həbsxanalar tikməyi təklif edib:
“Adi həbsxana tikmək üçün yeddi il lazımdır. Bura gözətçi qüllələri, tikanlı məftillər, xəndəklər daxildir. Amma hamını belə şəraitdə saxlamaq olmaz. Yeni müəssisələri qurmaq daha asan olacaq”.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusuna, xüsusən də cinayətkar qrupları birbaşa həbsxanadan idarə etməyə davam edən liderlərə nəzarətin gücləndirilməsinə toxunub:
“Bu gün cəzaçəkmə müəssisələrindəki 17 min məhbus qadağan olunmuş maddələrin paylanmasına görə həbs edilib. Fransızlar başa düşmürlər ki, niyə bəziləri həbsxana kameralarından narkotik alverini istiqamətləndirməyə, pul göndərməyə və hətta qətllər sifariş etməyə davam edir. Fransa həbsxanalarını mobil telefonlardan təmizləmək, kriminal icmaların bütün liderlərini müəyyənləşdirmək və təcrid etmək niyyətindəyəm”.
Bundan əvvəl Ədliyyə Nazirliyi Fransa həbsxanalarında məhbusların sayının rekord həddə - 80 130 nəfər olduğu barədə hesabatını dərc edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub













