“Air Canada”ya məxsus təyyarə şassinin nasazlığı səbəbindən alışıb
Far.Az xəbər saytı

“Air Canada”ya məxsus təyyarə şassinin nasazlığı səbəbindən alışıb


“Air Canada” aviaşirkətinin Kanadanın Sent-Cons şəhərindən uçan təyyarəsi Halifaks-Stenfild Beynəlxalq Hava Limanında eniş zamanı alışıb.

“Report” Qərb mediasına istinadən xəbər verir ki, hadisəyə şassinin düzgün açılmaması səbəb olub və bunun nəticəsində laynerin bir tərəfi əyilərək uçuş-eniş zolağına sürtünüb.

Qorxuya düşən sərnişinlər təyyarənin bir hissəsinin zolaq boyunca 20 dərəcə bucaq altında sürüşərək alovlandığının şahidi olublar.

Qurbanlar barədə məlumat verilməyib. Təyyarənin göyərtəsində olan bütün sərnişinlər təcili təxliyə edilib və tibbi müayinə üçün anqara aparılıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Sentyabr ayının hava proqnozu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər