"Haber Global": Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Rusiyanın alternativ variantı qalmadı
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Rusiyanın alternativ variantı qalmadı.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global" telekanalının dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hazırladığı süjetdə qeyd olunur.
Süjetdə bildirilir ki, Rusiya Azərbaycandan üzr istəməyə məcbur qaldı: "Bir gün sonra isə Prezident İlham Əliyev çıxış etdi, haqlı tələblərini dilə gətirdi".
Qeyd olunub ki, Prezident İlham Əliyev təyyarə vurulduqdan dərhal sonra Rusiyanın məsuliyyəti üzərinə götürmədiyinə, hətta fərqli ssenariləri ön plana çıxarmasına diqqət çəkib: "Putin ikinci dəfə Prezident İlham Əliyevə zəng etdi. İki lider hadisə ilə bağlı müzakirələri davam etdirdi".
O da vurğulanıb ki, hadisə ilə bağlı istintaqda 17 beynəlxalq mütəxəssis iştirak edir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













