Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb
Dekabrın 29-da Xorvatiyada keçirilən prezident seçkilərində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələrinin bağlanması ilə başa çatıb və səslərin hesablanması başlayıb.
"Far.Az"un Xorvatiyanın Dövlət Seçki Komissiyasına (DSK) istinadən verdiyi məlumata görə, saat 16:30-a (Bakı vaxtı ilə 19:30) seçici fəallığı 36,09 faiz təşkil edib ki, bu da 2,5 faizdən çoxdur, 2019-cu il prezident seçkiləri ilə müqayisədə daha azdır.
Qeyd edək ki, bazar günü Xorvatiya vətəndaşları daha beş il müddətinə prezident seçiblər. Bu seçkilərdə 3 milyon 762 min 224 vətəndaşın səsvermə hüququ var. Onlardan 250 mini xaricdə yaşayır.
Dövlət başçısı postu uğrunda 8 nəfər mübarizə aparır. Favoritlər hazırkı prezident Zoran Milanoviç və onun əsas siyasi rəqibi, hakim Xorvatiya Demokratik Birliyi partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorakdır. Digər namizədlər "Most" partiyasının nümayəndəsi Miro Bul, müstəqil namizəd Tomislav Yoniç, sol partiyası "Mozhemo!"nun lideri İvana Kekin, DOMiNO partiyasının vitse-prezidenti Branka Lozo, müstəqil namizədlər Mariya Selak Raspudiç və Niko Tokiç Kartelodur.
Əgər birinci turda namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, 14 gün sonra ikinci tur keçiriləcək. İkinci turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













