Ekzitpol: Hazırkı prezident Xorvatiya seçkilərində liderlik edir
Far.Az xəbər saytı

Ekzitpol: Hazırkı prezident Xorvatiya seçkilərində liderlik edir


Xorvatiya Prezidenti Zoran Milanoviç dövlət başçısı seçkilərində əhəmiyyətli fərqlə liderlik edir.

“Far.Az” xəbər verir ki, bu barədə Xorvatiyanın “Dnevnik” portalının səsvermə məntəqələrinin bağlanmasından sonra açıqladığı ekzitpolun nəticələri göstərir.

Məlumata əsasən, Milanoviç hazırda səslərin 51,48 %-ni toplayır, onun əsas siyasi rəqibi, hakim “Xorvatiya Demokratik Birliyi” partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primoraç isə səslərin 19,29 %-ni qazanır.

Qeyd edək ki, Xorvatiyada bazar günü keçirilmiş prezident seçkilərində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) səsvermə məntəqələrinin bağlanması ilə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

Oxşar xəbərlər

Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazanıb - YENİLƏNİB 2
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər