Venesuela Ali Məhkəməsi “TikTok”u 10 milyon dollar cərimələyib
Far.Az xəbər saytı

Venesuela Ali Məhkəməsi “TikTok”u 10 milyon dollar cərimələyib


Venesuela Ali Məhkəməsi “TikTok” sosial şəbəkəsini insanların psixi və fiziki sağlamlığına zərər vuran məzmun yaydığına görə 10 milyon dollar cərimələyib.

"Far.Az"un məlumatına görə, bu barədə Bolivar Respublikası Ali Məhkəməsi sədrinin müavini Tanya D Amelio "Venezolana de Televisión" telekanalının efirində bildirib.

"Venesuela Ali Məhkəməsi “TikTok”a bu qərarın yayımlanmasından sonra səkkiz gün ərzində Milli rabitə Komissiyasına ödənilməli olan 10 milyon dollar cərimə və insanın psixoloji və fiziki sağlamlığına zərər verən Viral məzmunun yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsinin zəruriliyi barədə məlumat verir", - D Amelio deyib.

O, bu vəsaitlərin təzminat üçün “TikTok” Qurbanları Fondunun yaradılması üçün istifadə olunacağını söyləyib.

Ali Məhkəmə, həmçinin “TikTok” şirkətinə ölkədə müəyyənləşdirilmiş hüquq normalarına riayət olunmasına nəzarət etmək üçün Venesuelada nümayəndəlik qurmaq barədə qərar çıxarıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Maduro: Venesuela müstəmləkə talanına görə İspaniyadan təzminat tələb edəcək
Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL
Venesuelada terror hücumu elektrik təchizatında fasilələrə səbəb olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər