Səfirlik: ABŞ təhlükəsizlik sahəsində Azərbaycanla uzunmüddətli əməkdaşlığın davam etməsinə sadiqdir
Far.Az xəbər saytı

Səfirlik: ABŞ təhlükəsizlik sahəsində Azərbaycanla uzunmüddətli əməkdaşlığın davam etməsinə sadiqdir


2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, keçən il iki ölkə terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirib:

"Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-nin yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz, həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Qərbi Azərbaycanda vandalizmə göz yuman ABŞ – Ağ ev Qarabağda “erməni izi” axtarır - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər