Monteneqro hökuməti kütləvi atışmadan sonra silah əldə etməyə qadağanı müzakirə edəcək
Far.Az xəbər saytı

Monteneqro hökuməti kütləvi atışmadan sonra silah əldə etməyə qadağanı müzakirə edəcək


Monteneqro hökuməti Milli Təhlükəsizlik Şurasının iclasında Çetinye şəhərindəki kütləvi atışma fonunda ölkədə silah əldə etməyə tam qadağanın tətbiq edilməsi imkanını müzakirə edəcək.

“Far.Az” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloyko Spaiçin bəyanatında deyilir.

"Bu, hamımızı sarsıdan dəhşətli faciədir. Bütün mövcud bölmələr Çetinyedədir və günahkarı axtarır. Ümid edirəm ki, həkimlər ağır vəziyyətdə olan yaralıların həyatını xilas edəcəklər. Biz həmçinin Milli Təhlükəsizlik Şurasının iclasını keçirərək bir çox variantları, o cümlədən silah əldə etmənin tam qadağan olunmasını nəzərdən keçirəcəyik", - bəyanatda bildirilib.

Monteneqro hökuməti 2, 3 və 4 yanvar tarixlərini matəm günləri elan etməklə bağlı qərar qəbul edib və bələdiyyələri 1 yanvar axşamına planlaşdırılan çıxış və konsertləri ləğv etməyə çağırıb. "İctimai yerlərdə kütləvi, mədəni və əyləncəli tədbirlər keçirilməyəcək, iaşə müəssisələrində musiqi səsləndirilməyəcək. Elektron və digər kütləvi informasiya vasitələri öz proqramlarını matəm günlərinə uyğunlaşdırmalıdır", - Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, Monteneqronun Çetinye şəhərində atəş açaraq ən azı 10 nəfəri, o cümlədən 2 yetkinlik yaşına çatmayan şəxsi öldürən cinayətkar intihar cəhdindən sonra ölüb.

Oxşar xəbərlər

Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
Rusiya istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər