KİV: ABŞ-də təyyarə binanın üzərinə düşüb, ölən və xəsarət alanlar var
ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində kiçik mühərrikli təyyarə binaya çırpılıb.
"Report"un məlumatına görə, bu barədə yerli polis idarəsi “X”də bildirib.
Polisin məlumatına görə, qəza Reymer prospekti ilə Gilbert küçəsinin kəsişməsində baş verib. Şəhər sakinlərinə hadisə baş verən ərazini tərk etmək tövsiyə olunub.
Polisin ölənlər və ya yaralananlar barədə məlumatı yoxdur. Bununla belə, “BNO News” portalı təyyarə qəzasında azı 11 nəfərin yaralandığını bildirib.
ABC7 isə bildirib ki, Fullerton şəhərindəki bir binaya kiçik mühərrikli təyyarənin düşməsi nəticəsində 1 nəfər ölüb, azı 15 nəfər xəsarət alıb.
"Kiçik mühərrikli təyyarə Fullertonda binanın damını deşib. Qəza dördüncü dərəcəli yanğına səbəb olub və qalın hadisə yerindən havaya qara tüstü qalxıb və kilometrlərlə uzaqdan göründü", - nəşr yazır.
Hadisə yerinə polis və yanğınsöndürənlər gəliblər, yanğın söndürülüb, yaxınlıqdakı müəssisələr boşaldılıb.
Qəzanın səbəbləri hələ məlum deyil.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub













