“Şrek” filmindəki Uzunqulağın prototipi olan eşşək 30 yaşında ölüb
“Şrek” cizgi film seriyasındakı Uzunqulaq personajının prototipi olan Perri adlı eşşək ABŞ-də xəstəlikdən sonra 30 yaşında ölüb.
“Far.Az” xəbər verir ki, bunu Kaliforniya ştatının Palo Alto şəhərində eşşəklərə qulluq edən “Barron Park” eşşək layihəsi elan edib.
“Perri <…> “Şrek” filmindəki Uzunqulaq personajının hərəkət modeli kimi töhfələri ilə Berron-Park icmasının və onun hüdudlarından kənarda insanların qəlbini fəth etmişdi”, – paylaşımda qeyd olunub.
Heyvan laminit xəstəliyindən – dırnaq buynuzu ilə dırnaq sümüyü arasında yerləşən həssas yumşaq toxumanın (laminanın) iltihabından əziyyət çəkirdi. Son həftələrdə eşşəyə qulluq edən insanlar onunla otlaqda çox vaxt keçiriblər.
Eşşəyin tərbiyəçilərindən biri olan Cenni Kiratlı a bildirib ki, Perrinin çəkdiyi dözülməz ağrılar səbəbindən ona evtanaziya etmək məcburiyyətində qalıblar. Onun sözlərinə görə, personal ağrını yüngülləşdirmək üçün akupunktura, lazer terapiyası və masaj daxil olmaqla bir çox üsul sınasa da, bu həftənin əvvəlində onun durumunun yaxşılaşmadığı aydın olub.
Qeyd edək ki, Uzunqulaq ilk hissəsi 2001-ci ildə çıxmış “Şrek” franşizasındakı eyniadlı baş qəhrəman olan yaşıl divin ən yaxın dostudur. Cizgi filmi dünya prokatında 487 milyon dollar qazanıb və “DreamWorks Animation” studiyasını böhrandan xilas edib.
2010-cu ildə Şrek Hollivudun Şöhrət xiyabanında ulduz alıb. 2020-ci ildə cizgi filmi ABŞ-nin əhəmiyyətli filmlər reyestrinə . 2024-cü ildə studiya hekayənin davam edəcəyini anons edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Metyu Perrinin ölümü, Hollivudun narkotik şəbəkəsini necə ortaya çıxardı? - FOTO
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













