Parisdə keçmiş prezident Sarkoziyə qarşı yeni məhkəmə prosesi başlayıb
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni məhkəmə prosesi Parisdə başlayıb.
“Far.Az” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Qeyd olunub ki, keçmiş dövlət başçısı “2007-ci il seçki kampaniyasının o zamankı Liviya lideri Müəmmər Qəddafi tərəfindən qanunsuz maliyyələşdirilməsi” işi üzrə mühakimə olunur. 69 yaşlı Sarkozi təqsirli bilinərsə, ona 10 ilədək həbs cəzası və 375 min avroya qədər cərimə təyin edilə bilər. Keçmiş prezidentlə yanaşı, işdə daha 12 nəfər təqsirləndirilir.
Sarkozinin kampaniyasının maliyyələşdirilməsində pozuntular barədə ilk dəfə 2011-ci ilin mart ayının əvvəlində mərhum Liviya liderinin oğlu Seyf əl-İslam məlumat vermişdi. O, “Euronews” telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia etmişdi.
“Mediapart” jurnalist araşdırmaları agentliyi 2012-ci ildə Sarkozinin seçki ehtiyacları üçün Qəddafidən 50 milyon avro aldığı iddia edilən bir sıra materiallar dərc edib.
Xatırladaq ki, 2024-cü ildə Sarkozi “nüfuzdan sui-istifadə və istintaqa təzyiq” işi üzrə bir il azadlıqdan məhrum edilib. Keçmiş prezident bu cəzanı yaşayış yerində çəkir.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Araşdırma: ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib













